hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Maska cəriməsinə görə şikayətlər artır: Yerində ödəniş tələbi narazılıq yaradır - DİN nə deyir?

Maska cəriməsinə görə şikayətlər artır: Yerində ödəniş tələbi narazılıq yaradır - DİN nə deyir?

2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.

Tibbi maskadan istifadə etməyənlər üçün müvafiq olaraq cərimə sanksiyaları nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.

Koronavirus pandemiyasının sürətli yayılmasının qarşısını almaq məqsədi ilə isə 2020-ci ilin 14 dekabrından etibarən ölkədə yenidən sərt karantin rejimi tətbiq edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində müvafiq qərarla müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılıb, SMS-icazə sistemi tətbiq edilib.

Daxili İşlər Nazirliyinin əməkdaşları stosionar postlarda xidmət aparır, maskadan istifadə və icazələrin olub-olmadığını yoxlayır. Son günlər isə sosial şəbəkələrdə maska taxmayanların polis əməkdaşları tərəfindən cərimələnməsi mexanizmi ilə bağlı müxtəlif şikayətlər yayılır.

Şikayətlərin əsas məğzi isə tətbiq olunan maska sanksiyası üzrə nəzərdə tutulan cərimənin polis əməkdaşları tərəfindən yerində ödənilməsinin tələb olunmasıdır.

Qeyd edək ki, qanun bunu qadağan edir. Belə ki, cərimələnən vətəndaş həmin protokoldan 10 gün ərzində şikayət verə bilər. Əgər şikayət edilməsə, o zaman sənəd qanuni qüvvəyə minmiş sayılır. Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. 40 gün ərzində sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir. Qanun bunu tələb etdiyi halda, bu qəbildən şikayətlərin günü-gündən çoxalır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasınd bildirib ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs müvafiq qaydada şikayət vermək hüququna malikdir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 5985

Bizim Telegram səhifəmizi izləyin