hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Maska taxmamağa görə: Həm müştəri, həm restoran sahibi cərimələnəcək

Maska taxmamağa görə: Həm müştəri, həm restoran sahibi cərimələnəcək

“İctimai iaşə müəssisələrində,restoran və kafelərdə karantin rejiminə nəzarət edən məsul şəxs olmalıdır. Bu, həmin müəssisələrlə bağlı tibbi-metodiki göstərişlərdə nəzərdə tutulur”.

Cebhe.info xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ. Məmmədovun sözlərinə görə, taksidə də sürücü karantin rejiminin tələblərinə riayət edilməsinə görə məsuliyyət daşıyır.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı da deyib ki, ictimai iaşə müəssisələri və oradakı vətəndaşlar - hər ikisi qaydaların pozulmasına görə məsuliyyət daşıyır. Başqa sözlə, bu halda cərimə həm müştəriyə, həm də müəssisə rəhbərinə tətbiq ediləcək.

Xəzər
Cebhe.info


Oxunma sayı: 58488