hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

"Maska taxmayanlar cərimələnsin" - Azərbaycanın baş infeksionisti

"Maska taxmayanlar cərimələnsin" - Azərbaycanın baş infeksionisti

Bütün qapalı yerlərdə - metroda, avtobuslarda, eləcə də alış-veriş mərkəzlərində, mağazalarda tibbi maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir.

Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Adları sadalanan ərazilərdə tibbi maskalardan istifadəni olduqca zəruri sayan baş infeksionist qeyd edib ki, bir çox insanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etməyərək qapalı məkanlarda, insanların çox cəmləşdiyi yerlərdə maska taxmırlar.

Bununla insanların sosial məsuliyyətsizlik nümayiş etdirdiklərini deyən C.İsayev bildirib ki, maskadan istifadə virusun yayılmasının qarşısını almağa yardım edir: “Maska taxmamaqla insanlar yalnız özlərinin deyil, digərlərinin də həyatlarını təhlükəyə atırlar. Maskanın taxılması virusun yayılmasının qarşısının alınmasına müəyyən qədər təsir edir. Maska hava-damcı infeksiyasının yayılmasının qarşısının alınmasında əsas vasitələrdəndir. Burada təkcə koronavirusdan deyil, hava-damcı yolu ilə yayılan bütün xəstəliklərdən söhbət gedir. Buna görə də hazırkı şəraitdə maskanın taxılması mütləqdir”.

C.İsayev qeyd edib ki, küçədə sərbəst şəkildə, tək gəzən insan maskadan istifadə etməyə bilər: “Amma insan hər hansı qapalı məkana, 10 nəfərin cəmləşdiyi qrupa yaxınlaşırsa, maskadan istifadə etməlidir. Belə hallarda maskadan istifadə edilmə vacib şərtdir. Buna riyaət etməyənlərə qarşı da cərimənin tətbiqi yaxşı olardı”.

Cebhe.info


Oxunma sayı: 727