hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Maştağada 8 yaşlı uşaq faciəvi şəkildə öldü - Pişiyə görə

Maştağada 8 yaşlı uşaq faciəvi şəkildə öldü - Pişiyə görə

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 8 yaşlı uşaq faciəvi şəkildə ölüb.

Cebhe.info qafqazinfo-ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Ələkbər Yusif oğlu Ələkbərovu elektrik cərəyanı vurub.

Belə ki, azyaşlı pişiklə oynayan zaman heyvan qaçaraq transformatorun arxasına girib. Pişiyi götürmək üçün transformatora tərəf gedən Ələkbəri elektrik cərəyanı vurub.

Hadisə nəticəsində yanan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Cebhe.info


Oxunma sayı: 804