hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Mbappe ÇL tarixində rekorda imza atdı

Mbappe ÇL tarixində rekorda imza atdı

UEFA Çempionlar Liqasının 1/4 finalının birinci matçında Almaniyanın "Bavariya" komandası Fransa təmsilçisi "Pari Sen-Jermen"i qəbul edib.

Cebhe.info xəbər verir ki, görüş Münhendə "Alyans Arena" stadionunda keçirilib və qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Kilian Mbappe dubl edib, digər qolu isə Markinos vurub. “Bavariya”nın heyətində Erik Şupo-Motinq və Tomas Müller fərqlənib.

UEFA-nın tvitterdəki səhifəsində bildirildiyi kimi, “parislilər”in hücumçusu Kilian Mbappe bu matçda Çempionlar Liqasının rekorduna imza atıb. Fransalı futbolçu tarixdə bir mövsüm çərçivəsində Çempionlar Liqasının 1/8 finalının səfər matçlarında və 1/4 finalında 5 qol vuran ilk oyunçu olub.

Qeyd edək ki, bu, Mbappenin növbəti uğurudur. Daha əvvəl o, Fransa çempionatında özünün 100-cü qolunu vurub və bu, göstəriciyə nail olan ən gənc futbolçu olub.

Cebhe.info


Oxunma sayı: 804