hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

MCP yetkilisindən təklif: “Qəsəbələrin girişində şəhidlər üçün abidə ucaldılsın”

MCP yetkilisindən təklif: “Qəsəbələrin girişində şəhidlər üçün abidə ucaldılsın”

“Hər qəsəbənin girişində şəhidlər üçün abidə qoyulmalıdır”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) Qadınlar Şurasının sədri Almaz Məmmədova deyib.

O bildirib ki, bu, vətənpərvərliyin təbliği baxımından çox önəmli məsələdir:

“44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbənin memarı şəhidlərimizdir. Bu gün qəsəbələrdə, rayonlarda şəhidlərin adına abidələrin olduğunu görürük.

Təklif edirəm ki, qəsəbələrin girişində şəhidlərimizin hər birinin adının və fotosunun əks olunduğu abidələr ucadılsın. Qəsəbəyə, rayonlara gələn şəxslər ilk olaraq bu abidəni ziyarət edib sonra yoluna davam etsinlər”.

MCP yetkilisi əlavə edib ki, bu məsələdə yerli icra hakimiyyətləri aktiv olmalı, təşəbbüskarlıq göstərməlidir.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2509