hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

MDB dövlət başçıları Aşqabadda 7 sənəd imzalayıb

MDB dövlət başçıları Aşqabadda 7 sənəd imzalayıb

MDB dövlət başçıları Aşqabadda keçirilən sammitdən sonra 7 sənəd imzalayıb.

Bu barədə Kremlin saytında məlumat verilib.

Belə ki, azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan hökmlərin icrasının təhvil verilməsi haqqında Konvensiya, 2020-ci ildə MDB-də sədrlik, MDB Dövlət Başçıları Şurasının növbəti iclasının keçirilməsi və MDB İcraiyyə Katibliyi ilə bağlı qərarlar imzalanıb.

Bundan əlavə, "MDB üzvü olan dövlətlərin strateji iqtisadi əməkdaşlığı barədə Bəyannamə haqqında", "1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində Sovet xalqının qələbəsinin 75 illiyi ilə əlaqədar MDB üzvü olan dövlət başçılarının Birlik xalqlarına və dünya birliyinə müraciəti haqqında" və "Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizədə 2020-2022-ci illər üzrə əməkdaşlıq Proqramı haqqında" qərarlar qəbul olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib/Report.

Cebhe.info


Oxunma sayı: 540