hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

MDB ölkələrinin diplomatları Heydər Əliyevin məzarını ziyarət ediblər

MDB ölkələrinin diplomatları Heydər Əliyevin məzarını ziyarət ediblər

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik missiyalarının başçıları və hərbi attaşeləri mayın 9-da faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Fəxri xiyabana gəlib.

Cebhe.info xəbər verir ki, Burada xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül qoyublar.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Cebhe.info


Oxunma sayı: 1068