hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Məcburi köçkünlərdən tutulan 5 manatla bağlı RƏSMİ AÇIQLAMA

Məcburi köçkünlərdən tutulan 5 manatla bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi internet-media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna 5 manat məbləğində pul tutulması barədə xəbər yayılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Cebhe.info-ya verilən məlumata görə, bu xəbər həqiqəti əks etdirmir. Məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən “YAŞAT” Fondu üçün vəsait tutulmayıb.

Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1255