hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Media intihar xəbərlərini necə təqdim etməli? - Ekspert açıqlayır

Media intihar xəbərlərini necə təqdim etməli? - Ekspert açıqlayır

Bu gün dövlət qurumları baş vermiş fövqəladə hadisə barədə tam dolğun məlumat vermir. 

Hadisə haqqında detallı məlumat, hadisənin olduğu ünvan, bəzən də hadisəyə səbəb olan şəxs barədə çox məhdud informasiya olur. Bu da ümumi narahatlıq yaradır, şayiələrin artmasına səbəb olur.

Tanınmış media eksperti, BDU-nun TV və radio jurnalistikası kafedrasının baş müəllimi Zeynal Məmmədli Cebhe.info-ya bildirib ki, bu tipli məlumatlar media üçün emal olunanda iki məqama diqqət yetirmək lazımdır:

“Birinci, sözügedən hadisə intihar və ya zorakılıq faktıdırsa, texniki detallar olmamalıdır. İkinci, özəl həyata müdaxilə məqamına diqqət yetirmək vacibdir. Məsələnin hər iki tərəfi - həm adların, həm də ünvanların çox dəqiq verilməsi qorunmalıdır. Bu cür hadisələrdə xətli xəbərin olması vacib deyil. Zorakılıq və ya intiharla bağlı xəbərlərdə daha dolğun məlumatın sonra veriləcəyi mütləq qeyd olunmalıdır. Məlumat insanları intihara təşviq etməyəcək formada təqdim edilməlidir. 

Ümumiyyətlə, intihar xəbərlərini ad və soyadların verilməsindən daha çox, səbəblərin üzərində qurmaq lazımdır. İqtisadi, siyasi səbəbləri bir kənara qoyaq, bəzən burada psixoloji məqamlar da olur. Qərb cəmiyyətində tez-tez rast gəlinən bir tendensiya var, kimsə məşhurlaşmaq istəyirsə, intihara əl atır. Adın çəkilməməsinin bir önəmi də budur ki, kimsə məşhurlaşmasın. 

Aidiyyəti qurumlar bu xəbəri dolğun verməlidir, amma bu o demək deyil ki, intihara cəhd etmiş şəxsin adı, soyadı, yaşadığı ünvan dəqiq olmalıdır. Çünki bu, cəmiyyətdə mənfi hadisələrə yol açmış olar. Detallar vacibdir”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 518