hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Məhbəsdən sədrliyə gedən yol: Yaxud Əli Kərimlinin “qara sevdası”...

Məhbəsdən sədrliyə gedən yol: Yaxud Əli Kərimlinin “qara sevdası”...

Siyasi gündəmin bəzəyi hələ ki, Ramiz Mehdiyev və onun ətrafında cərəyan edən hadisələrdir.

Necə deyərlər, hansı daşı qaldırırsan, altından “boz kardinal” çıxır. Şübhəsiz, onun rıçaqları hələ sıradan çıxmayıb və müxalifətdə, iqtidarda olanların çoxunu çətiri altında "bəsləyə" bilir...

Bu arada AXCP sədri Əli Kərimlinin həm "kürkünə birə düşür", həm də "çiçəyi çırtlayır". Adam müxalif düşərgənin Ramiz Mehdiyevi olmaq üçün dəridən-qabıqdan çıxır. Di gəl ki, ətrafında olan bəzi siyasi "qaqaşlar" bu yöndə ona əngəl olurlar.

Biri elə Seymur Həzi... Həzi Kərimlinin yerinə keçmək üçün bütün varlığıyla çalışır. Xalid Qarayev bundan yana nə lazımdırsa, edir. Baxmayaraq ki, hakimiyyətə qarşı ən radikal, kəskin çıxışlar yapan Qarayevin indiyədək yolu məhbəsdən düşməyib. Kimsəyə zindan arzulamırıq, amma bu yerdə adamdan soruşarlar ki, hansı qüvvədir bu "mübarizləri" hifz edən, qoruyan?

Seymur Həzini "cəbhədə" qoruyanlardan, ona dəstək olanlardan biri də qaranlıq keçmişi olan, böyük biznesin sirlərini çoxundan yaxşı bilən Hüseyn Naibovdur. Naibov "siyasi qaqaşlarına" güvən vermək, dayaq olmaq üçün bütün "əzablara" qatlaşır.

Əcəba, görəsən Kərimlinin “cəbhəçilərə imkan vermirlər" kimi yalançı vay-şüvənliyi hardan qaynaqlanır??? Sədrin müşaviri M.Məcidlinin də Seymurun yanında qərar tutmasını, ona yandaşları tərəfindən hər vasitə ilə sipər olmasını cəbhədə bilməyən yoxdur.

Təsadüfi deyil ki, Məhəmmədin qardaşı, vaxtilə Fətulla Gülənin media xəttində olan "Zaman" qəzetinin fəxarətli külüngçüsü Əli Məcid Çərkəzoğlu da S.Həziyə dəstək üçün ömür-gün çürüdür. Zarafat deyil, adam bundan ötrü “Yeni Avaz”da da qarışqa kimi işləyir...

Girişdə Mehdiyevdən əbəs yerə bəhs etmədik. Vaxtilə onun ətəyindən bərk-bərk yapışan Elnur Aslanovun “ “FETÖ”də olduğunu bilməyən yoxdur. Aslanov bir müddət Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mehdiyevin qayğısı sayəsində “FETÖ”nün unudulmaması, gündəmdən rədd olmaması üçün gecəsini gündüzünə qatdı.

Günlərin birində "gecələr" aydınlığa çıxanda, cəbhədaşların, kərimliçilərin, mehdiyevşünasların, eyni zamanda, siyasət meydanında birinci olmağa can atan seymurşünasların iç üzlərinin aydınlığa çıxacağına əminik. Bu aydınlıqda kimlərin əlinin kimlərin cibindən çıxdığını çox maraqla müşahidə edəcəyik...

Ə. Rüstəmli
Cebhe.info


Oxunma sayı: 4577

Bizim Telegram səhifəmizi izləyin