hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Məhərrəm İncədən CHP AÇIQLAMASI: Yeni partiya qurur?

Məhərrəm İncədən CHP AÇIQLAMASI: Yeni partiya qurur?

Türkiyə prezidentliyinə sabiq namizəd Məhərrəm İncənin Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq yeni siyasi təşkilat yaradacağına dair xəbərlər yayılıb. Cebhe.info xəbər verir ki, M.İncə özünün “tvitter” hesabında bu iddialarla bağlı açıqlama verib.

Mövzu ilə bağlı heç bir media orqanına açıqlama vermədiyini vurğulayan M.İncə iddiaları təkzib edib. “Ölkənin maraqları üçün düzgün bildiyim bir qərara gələndə açıqlama verəcəyəm”-deyə, M.İncə bildirib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mediasına CHP-də mövcud idarəçiliyi bəyənməyən Məhərrəm İncənin yeni partiya yaradacağına dair məlumat yayılmışdı.

Məlumatda İncənin yeni partiyanı 15 sentyabrda elan edəcəyi qeyd olunurdu.

Aydın
Cebhe.info


Oxunma sayı: 2564