hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Məhkumların xərci: Ən çox hansı ölkə pul xərcləyir? - HESABAT

Məhkumların xərci: Ən çox hansı ölkə pul xərcləyir? - HESABAT

Avropa Şurası ölkələrində cəzaçəkmə müəssisələrindəki vəziyyətə dair hesabat təqdim olunub.

Cebhe.info xəbər verir ki, sənəd birliyin rəsmi saytında yayılıb.

Hesabata əsasən, Rusiya həbsxanalarında bir sutkada saxlanma xərci 2,8 avrodur. Noveçdə bu rəqəm 318,3, Almaniyada 148,6 dollardır. Avropa Birliyi ölkələrində ümumi rəqəm 133,7 dollar təşkil edir.

Rusiya penitensiar müəssisələrə ən çox büdcə ayıran ölkədir - 4,17 milyard avro. İkinci yeri 4 milyardla Britaniya və 3,48 milyardla Almaniya tutur.

Avropa Şurası ölkələrində ən çox məhkum da məhz Rusiyadadır - 519 618 nəfər. İkinci yerdə Türkiyədir - 297 019 nəfər. Böyük Britaniya üçüncü yerdə qərarlaşıb - 91 870 nəfər.

2020-ci ildə Rusiya həbsxanalarında 2420 ölüm qeydə alınıb ki, onlardan da 247-si intihardır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 727