hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Mehriban Əliyeva Aleksandr İşeinin vəfatı ilə əlaqədar başsağlığı verib

Mehriban Əliyeva Aleksandr İşeinin vəfatı ilə əlaqədar başsağlığı verib

Birinci vitse-prezident Mehriban Əliyev Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Cebhe.info xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib:

“Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Zati-müqəddəsləri Aleksandr səmimi, mehriban, genişürəkli insan idi. Peşəsinə hədsiz sədaqəti, multikultural dəyərlərin inkişafında və konfessiyalar və sivilizasiyalar arasında dialoqun genişləndirilməsi sahəsindəki xidmətləri ona Azərbaycanda böyük sevgi və hörmət qazandırmışdır. Onun nurlu xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır. Bu hüznlü gündə Uca Tanrıdan ona rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm!”

Naibə
Cebhe.info


Oxunma sayı: 1002