hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.45
  • clouds-weather

Mehriban Əliyeva Bakının müdafiəsinə qalxdı: "Vəziyyət dövlətin nəzarəti altındadır" 

Mehriban Əliyeva Bakının müdafiəsinə qalxdı: "Vəziyyət dövlətin nəzarəti altındadır" 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan, eləcə də paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılmasının prioritet olduğunu bildirib.

Cebhe.info xəbər verir ki, Birinci vitse-prezident bunu öz "İnstagram" səhifəsində Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyətlə bağlı yazıb:

“Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir. Onun həlli üçün həm vətəndaş mövqeyi, həm insanların öz doğma şəhərinin simasına biganə yanaşmaması, həm də fəal ictimai nəzarət gərəkdir. Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyət dövlətin nəzarəti altındadır. Ölkəmizin mədəni irsinə xələl gətirilməməsi üçün bütün lazımi tədbirlər görülür, axı unikal və müxtəlif memarlıq abidələri bizim ümumi sərvətimizdir. Ölkəmizi, şəhərimizi doğma evimiz – ümumi evimiz kimi qorumalıyıq".

Cebhe.info


Oxunma sayı: 3367