hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0277
  • EURO - 1.8958
  • NEFT - 65.06
  • clouds-weather

"Mehriban Əliyevanın Moskva səfəri Azərbaycanla Rusiya arasındakı dostluğun əyani sübutudur"

"Mehriban Əliyevanın Moskva səfəri Azərbaycanla Rusiya arasındakı dostluğun əyani sübutudur"

"Azərbaycan Rus İcmasının (ARİ) V qurultayı ölkədə siyasi və iqtisadi sabitlik şəraitində keçirilir"

Bu barədə qurultayda çıxışı zamanı ARİ sədri, Milli Məclisin deputatı Mixail Zabelin bildirib.

“Vaxtilə ümummilli lider Heydər Əliyevin başlatdığı, bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar Azərbaycanda mütərəqqi dəyişikliklərə gətirib çıxarıb”, - o deyib.

Azərbaycanla Rusiya arasındakı əlaqələrdən danışan icma sədri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyini, qarşılıqlı sərmayələrin artdığını, əməkdaşlığın həm də humanitar, mədəni sahələrdə getdikcə gücləndiyini diqqətə çatdırıb.

“Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva şəhərinə səfəri, Rusiyanın ali mükafatına layiq görülməsi hər iki ölkənin prezidentləri tərəfindən dəstəklənən yüksək dostluq və qarşılıqlı etimadın əyani sübutudur”, - M.Zabelin vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsindən danışan deputat rusların azərbaycanlı qardaşları ilə çiyin-çiyinə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşduqlarını və yenə vuruşmağa hazır olduqlarını, bir sıra rus vətəndaşlarının müxtəlif təltiflərə layiq görüldüyünü xatırladıb:

“Rus icması Azərbaycanın Dağlıq Qarabağ torpaqlarını işğal edən Ermənistanın şovinist və faşist rejimi barədə həqiqətləri Rusiyanın ictimaiyyətinə çatdırmağa öz töhfəsini verir”.

O, qarşıdan gələn 2020-ci ildə Böyük Vətən müharibəsində qələbənin 75-ci ildönümü olacağını xatırladıb:

"O zaman hamımızın birgə evi olmuş Sovet İttifaqı uğrunda qanını tökənləri, canından keçənləri bu gün Azərbaycanda ehtiramla yad edirlər”. (Report)

Cebhe.info


Oxunma sayı: 870