hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Meksikalı narkotacirin həyat yoldaşı da həbs olundu

Meksikalı narkotacirin həyat yoldaşı da həbs olundu

Meksikalı narkotik qruplaşmasının lideri "Cırtdan" ləqəbli Quzman El Çapının həyat yoldaşı həbs olunub.

Unikal.org xəbər verir ki, El Çapının həyat yoldaşı Emma beynəlxalq hava limanında narkotik səbəbi ilə həbs olunub.

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, Emanın ABŞ-a heroin, kokain və metamfetamin kimi narkotik maddələr gətirməkdə günahlandırıldığı qeyd edilib.

Qeyd edək ki, bir zamanlar "Forbes" jurnalında milyaderlər siyahınında olan Quzman 2016-cı ilin yanvarında narkotacirliklə məşğul olduğu üçün həbs olunub. Dünyanın ən böyük narkotik təşkilatının lideri olmaqda günahlandırılan El Çapo 17 iyul 2019-cu il tarixində ABŞ-ın Nyu-York şəhərində keçirilən məhkəməsində ömürlük həbs edilib.

Cebhe.info


Oxunma sayı: 485