hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Məktəb direktoru dünyasını dəyişdi - FOTOLAR

Məktəb direktoru dünyasını dəyişdi - FOTOLAR

Laçın rayonu Rəhman Əliyev adına Qarıkaha kənd tam orta məktəbinin direktoru Afaq Əsgərova dünyasını dəyişib.

Bu barədə Cebhe.info-ya direktorun yaxınları məlumat veriblər. Belə ki, Afaq Əsgərova son illər xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ağrıları şiddətlənən direktor 3 gün əvvəl dünyasını dəyişib.

40 il Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışan Afaq Əsgərova adıçəkilən məktəbdə 5 ildir ki, direktor vəzifəsində çalışıb. 

Afaq Əsgərova 1957-ci il mayın 9-da Laçın rayonunda anadan olub. O, 1982-ci ildə Xankəndi Pedaqoji İnstitutunu bitirib. Direktorun bir neçə kitabı işıq üzü görüb.

Afaq Əsgərovanın ilk kitabı Qarabağ müharibələri dövründə şəhid olmuş qardaşı Rəmzi Əsgərova həsr olunmuş "Bir ayrılıq" adlı sənədli povest olub. Sayca ikinci kitabı isə "Dağların fəryadı"dır. Vətənpərvərlik mövzusunda yazılmış kitabda 40 şeir, 2 hekayə, 4 poema yer alıb.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 2531