hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdı- ÖZƏL 

Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdı- ÖZƏL 

Məlum olduğu kimi, 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq olunacaq. 

Təhsil Nazirliyi məktəbli formalarının çeşidləri ilə bağlı nümunələri bir neçə ay əvvəl Nazirlər Kabinetinə göndərib. Nazirlər Kabineti nümunəvi məktəbli formalarını təsdiqlədikdən sonra məktəblər onların əsasında seçim həyata keçirə biləcək. 

Daha sonra bir qayda olaraq ölkədə fəaliyyət göstərən bütün dövlət təhsil müəssisələrində vahid məktəbli forması tətbiq ediləcək. 

Sentyabrın 16-da başlayacaq bu tədris ilində isə hər məktəbin seçimi əsasında şagirdlər məktəbli forması geyəcəklər.  Ancaq valideynləri düşündürən bir məqam da var ki, bu da hazırda vahid məktəbli formasının icbari olmaması ilə əlaqədar şagirdlərin geyimi ilə bağlı məqamdır.   

Başqa sözlə, məktəbli forması ilə dərsə getməyənlərin cəzası olacaqmı? Forma almayan valideyn övladıın məktəbə başqa geyimlə göndərə bilərmi? 

Təhsil Nazirliyi Cebhe.info-nun bununla bağlı sorğusunu cavablandırıb. Cavabı olduğu kimi təqdim edirik: 

“2019-2020-ci dərs ilində əvvəllər olduğu kimi məktəblərin seçimi əsasında məktəbli forması tətbiq olunacaq. Hər bir məktəbdə seçilən məktəbli formasının tətbiqi və ona əməl olunması zəruridir. Məktəbli forması ilə dərsə gəlməyən şagirdin valideyni ilə izahat və maarifləndirici söhbətlər aparılaraq, məktəb pedaqoji şurasının qərarına hörmətlə yanaşılması və şagirdin məktəbli formasında gəlməsi təmin olunmalıdır”.

 Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 7052