hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Məktəblər açılır? - "Ənənəvi dərslərdə iştirak könüllü olacaq" - Ekspert

Məktəblər açılır? - "Ənənəvi dərslərdə iştirak könüllü olacaq" - Ekspert

Məlum olduğu kimi, yanvarın 22-də təhsil naziri Emin Əmirullayev brifinq keçiriləcək təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək.

Cebhe.info-nun xəbərinə göə, təhsil ekspeti Kaman Əsədov hesab edir ki, qarşıda duran tezislər aşağıdakılardır:

“Orta məktəblərin yenidən bərpası - düşünürəm ki, 15 sentyabr 2020-ci ildə olduğu kimi, məktəblər hibrid formada, həftədə bir neçə gün olmaqla açılacaq. Orta məktəblərdə məktəb daxili qiymətləndirilmə - düşünürəm ki, I yarım il üzrə mətəbdaxili qiymətləndirilmə həyata keçirilməyəcək.

Çünki 1.6 milyon şagirdi qısa müddətdə bu prosesə cəlb etmək mümkün deyil. Digər tərəfdən brifinq 22 yanvarda təşkil edilir. 27 yanvarda isə I yarım il başa çatır. 23, 24 yanvar da şənbə və bazar günləri olduğu üçün müəllim və şagirdlər öz cari işlərində olacaqlar. Qalan 3 gündə isə bütün fənlər üzrə BSQ təşkil etmək mümkün deyil.

Ona görə də, şagirdlər II yarım il üçün məktəblərə gələndə o yarım il üçün qiymətləndirilmə həyata keçiriləcək və bu da yekun qiymət olacaq”.

Kamran Əsədov düşünür ki, ali, orta ixtisas və peşə təhsili bərpa olunacaq: “Hesab edirəm ki, 22 yanvar brifinqində ali, orta ixtisas və peşə təhsili müəssisələrinin də qismən və mərhələli şəkildə açılması ilə bağlı qərar olacaq.

Çünki 1 - ci kurslar ümumiyyətlə təhsil müəssisələrinə getməyib, 4 - cü kursların isə pedaqoji, istehsalat təcrübələri (praktika) var, eyni zamanda bəzilərinin akademik borcları (kəsr) var ki, onlar bu semester həll olmalıdır, 4 - cü kursların diplom işləri, buraxılış işləri var. Onlar magistratura pilləsinə qəbul imtahanı verəcəklər.

Ümumiyyətlə, bütün kurslar üzrə tədrisin bərpa edilməsi istiqamətində addım atılması mümkündür.

Ənənəvi dərslərdə iştirak etmə könüllü olacaq - düşünürəm ki, virusa yoluxmadan narahat olanlar və səhhətində problem olanlar dərslərdə iştirak etməsi məcburi yox, könüllülük prinsipi əsasında təşkil ediləcək.

Burada bir problem yaranır. Müəllim bütün günü məktəbdə qruplara bölünmüş şagirdlərə hissə-hissə dərs deyəcək, amma evə gələndən sonra dərsdə iştirak etməyən şagirdlərə yenidən əlavə onlayn dərs keçməlidirmi?

Düşünürəm ki, bu əlavə pullu, ödənişli əsaslarla olmalıdır və ya sistemə yeni müəllimlər daxil edilməlidir”.

Tədris qismən və mərhələli şəkildə bərpa ediləndən sonra orta və ali məktəblərdə 65 yaşdan yuxarı şəxslər dərslərə buraxılacaqmı? – “Düşünürəm ki, yox. Onların bilik və bacarıqlarından onlayn dərslərdə istifadə etmək lazımdır. Qısa müddət ərzində həmən müəllimlərin əhatə dairəsi müəyyən edilməli və MİQ imtahanda iştirak etmiş və müvafiq balı toplayan müəllimləri müddətli müqavilə əsasında dərslərə cəlb etmək olar.

Dərslər hibrid formada bərpa olunsa 2020-ci ilin oktyabrında olan səhnə təkrar olunan bilər və yoluxma halları arta bilər - düşünürəm ki, bunun aradan qaldırılması üçün “school bus” (məktəbli avtobusu) təşkil edilməlidir. Metronun fəaliyyəti bərpa edilməlidir. Məktəblərdə azı 1 giriş və 1 çıxış qapıları müəyyən edilməlidir.

Şagirdlərin qoruyucu maskadan istifadə etməsi məcburi olmalıdır. Müəllimlər də sanitariya qaydalarına riayət etməli, məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Hibrid formada tədris bərpa olunandan sonra bütün fənlər keçilməlidirmi və dərsin müddəti, tənəffüs nə qədər olmalıdır? - düşünürəm ki, dərslərin müddəti 30-35 dəqiqə olmalıdır. Çünki indi siniflərdə şagirdlərin sayı dəfələrlə az olacaq.

Bütün fənlər tədris olunmamalıdır. Digər fənlər onlayn qaydada həyata keçirilməlidir.

Xüsusi ilə ibtidai sinif şagirdlərinə Azərbaycan (rus) dili, Riyaziyyat və xarici dil fənləri hər gün tədris edilməlidir. Digər fənlər isə onlayn rejimdə keçirilməlidir”.

Kamran Əsədov hesab edir ki, məktəblərdə bufet və digər xidmətlər göstərilməməlidir:

“Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin bütün kurslar üzrə dərslərə cəlb edilməsi xüsusi ilə vacibdir. Bu dəfə universitet və kolleclərin açılması mütləqdir. Repititor və Hazırlıq kurslarının fəaliyyət göstərməsi - düşünürəm ki, bu fəaliyyət növləri ilə bağlı qərar qəbul etmə Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmadığından, onlar yalnız 22 yanvarda bu sahələr üçün Nazirlər kabinetinin qərarını elan edə bilər.

Yanvarın 25-i, və ya 1 fevraldan repititor və hazırlıq kurslarının fəaliyyətinə icazə verilməsini gözləyirəm.

Etiraf edək ki, təhsilin böyük işini onlar görür. Əlbəttə ki, imtahan nəticələri istiqamətində.

Nəzərə alsaq ki, bu fəaliyyət növləri biznes subyektləridir və özlərinin kommersiya maraqları üçün qaydalara daha çox riayət edirlər”.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1739