hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Məktəblər yenidən distant təhsilə qayıdır? - Nazirlik sözçüsündən açıqlama

Məktəblər yenidən distant təhsilə qayıdır? - Nazirlik sözçüsündən açıqlama

Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

Əgər vəziyyət getdikcə kədaha kəskin xaraker alarsa, yenidən distant təhsilə keçidə qərar verilə bilərmi?

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu cür halın baş verəcəyini düşünmədiyini söyləyib.

O qeyd edib ki, bu barədə qaydalar çərçivəsində məlumat verə bilərlər: ”Biz fevral ayının 1-dən 23-nə qədər olan vəziyyəti ictimaiyyətə təqdim etdik. Burada əsas məsələ ondan ibarət idi ki, bütövlükdə faiz göstəriciləri çox aşağıdır. Əgər gün ərzində 600 min nəfər şagird tədrisə əyani şəkildə gedirsə, bunların cəmi 0,003 faizinin koronavirus testi pozitiv çıxıb. Bu, təxminən 200 nəfər deməkdir. İşçi heyətinin isə 150 nəfərdən bir qədər çoxunun COVİD-19 testləri pozitiv çıxıb. Yəni qorxulu rəqəmlərdən söhbət getmir. Bu müddət ərzində cəmi 84 sinif distant tədris formasına keçirildi. Bakı şəhərində iki, Gəncədə bir, eləcə də Ağdam rayonu Əfətli kənd tam orta məktəbi distant formada tədrisə davam edəcəklər”.

Cebhe.info


Oxunma sayı: 1684