hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Məktəblərdə ilk dərs: XOCALI

Məktəblərdə ilk dərs: XOCALI

Bu gün məktəblərdə ilk dərs Xocalı soyqırımına həsr olunub.

Cebhe.info xəbər verir ki, dərs başlamazdan əvvəl bu barədə elan müəllim və şagirdlərin diqqətinə çatdırılıb.

Müəllimlərə sinif jurnalında ilk dərsin məhz Xocalı soyqırımına həsr olunmasına dair qeyd yazılmasə tapşırılıb.

Xatırladaq ki, bu gün dünya azərbaycanlıları Xocalı soqqırımının 27-ci ildönümünü qeyd edir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1637