hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Məleykə Abbaszadə dəhşətli faktlar açıqladı: 9-cu sinfi bitirən qızlar..

Məleykə Abbaszadə dəhşətli faktlar açıqladı: 9-cu sinfi bitirən qızlar..

Şagirdlərin gender tərkibi göstərir ki, 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.94%- ni (63013 nəfər) oğlanlar, 46.06%-ni (53814 nəfər) qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə, demək olar ki, buna oxşar olub və imtahanda iştirak edən şagirdlərin 54.30%-i (42920 nəfər) oğlan, 45.70%-i (36123 nəfər) qızlar olub. 2020-ci ildə 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edənlər 2018-ci ildə 9-cu sinfi bitirən şagirdlər olub. Ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bəzi regionlarda 9-cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olduğunu bildirib.

Qızların 9 illik buraxılış imtahanından sonra təhsillərini davam etdirməməsi erkən nikah və ya təhsildən uzaq tutulması kimi qiymətləndirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Yenisabah.az-ın sorğusuna cavab olaraq, 9 və 11 illik təhsil pilləsində təhsil alan qızların statistikası açıqlanıb.

2020-ci il ərzində bölgələrdə qızların 9 illik buraxılış imtahanında iştirak faizi ilə 11 illik buraxılışda iştirak faizini təqdim edirik:

Rayonlar 9 illik buraxılış faizi 11 illik buraxılış faizi

Sabirabad 46,50 41,50

Salyan 45,50 40,95

Yevlax 49,19 42,99

Kürdəmir 43,28 39,16

İmişli 46,00 38,83

Beyləqan 46,24 42,86

Şamaxı 41,59 35,20

Samux 48,14 43,79

Yardımlı 45,95 37,53

Lerik 44,53 35,22

Qobustan 45,50 35,29

Xocavənd 45,16 37,84

Cebhe.info


Oxunma sayı: 606