hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

Məmmədyarov- Mnatsakanyan görüşü: Yer və zaman açıqlandı 

Məmmədyarov- Mnatsakanyan görüşü: Yer və zaman açıqlandı 

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüşünün tarixi və yeri məlum olub.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər iyunun 20-də ABŞ paytaxtı Vaşinqtonda görüşəcəklər. Danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq. 

Məlumat üçün bildirək ki, Ermənistanın Xarici İşlər Nazirliyi də Azərbaycan tərəfi ilə Vaşinqtonda aparılması nəzərdə tutulan danışıqlarla bağlı bəyanat yayıb. Məlumata görə, Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanın ABŞ-da keçiriləcək görüşünün vaxtı açıqlanıb. “İyunun 20-də Vaşinqtonda ATƏT-in Minsk Qrupunun himayəsi altında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Xarici işlər nazirlərinin yanvar ayında Parisdə və aprel ayında Moskvada baş tutan görüşlərindən sonra həmsədrlər növbəti görüşün üçüncü ölkədə-ABŞ-da keçirilməsinə dair müzakirələr aparıb. Əvvəllər olduğu kimi bu dəfə də iştirakçılar arasında görüş barədə eyni vaxtda bəyanatın yayılmasına dair razılaşma əldə olundu. Ermənistan bu razılaşmaya sadiq qalır”-məlumatda belə qeyd edilir.

Müşfiq Abdulla

Cebhe.info

 

 


Oxunma sayı: 815