t Məmurlar təcili istirahətə göndərilir: Dincəlmirsənsə, pul ver... 
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Məmurlar təcili istirahətə göndərilir: Dincəlmirsənsə, pul ver... 

Məmurlar təcili istirahətə göndərilir: Dincəlmirsənsə, pul ver... 

Türkmənistanda məmurları təcili istirahətə göndərirlər.

Cebhe.info xəbər verir ki, bu barədə "Azadlıq" radiosuna Mari əyalətindən məlumat verilib.

Mənbə bildirib ki, büdcə təşkilatlarının əməkdaşları təcili olaraq iclasa çağırılıb və onlara Avazda 5 günük istirahətə getmək üçün yollayış almaq təklif olunub. Ancaq çoxları bu təkliflə razılaşmayıb. Çünki zaman olduqca qısa olub. 

İstirahətə sabah səhər saat 8-də getmək lazımdır. Qərar vermək üçün işçilərə cəmi 1 saat verilib. Nəticədə bir çox yollayış sahibini tapmayıb və satılmadan qalıb. İndi isə alınmayan yollayışların dəyərini ödəmək lazımdır. Buna görə də satılmayan yollayışların dəyəri olan məbləğ bütün işçilərdən toplanır. Məsələn, bir büdcə təşkilatında hər əməkdaşdan kompensasiya olaraq 40 manat (11 dollar) yığılıb.

Mənbə bildirib ki, müxtəlif məqsədlər üçün büdcə təşkilatlarında tez-tez pul yığılır. Bu günlərdə Prezident Qurbanqulu Berdımuhəmmədovun portretlərini dəyişdirmək tələb olunub. Səbəb prezidentin saçlarının çallaşmasıdır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2047