hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Mənzurədən qalmaqalda olduğu Manafa CAVAB: "5 min pul..." -VİDEO

Mənzurədən qalmaqalda olduğu Manafa CAVAB: "5 min pul..." -VİDEO

Müğənni Mənzurə Musayeva qalmaqal yaşadığı həmkarı Manaf Ağayev barədə danışıb.

Mənzurə “Xəbər-ətər” verilişində Manafın ünvanına bu sözləri deyib:

“Manafla heç vaxt duet oxumaram. Nəyimə lazımdır? Mən Manafla tanınmamışam ki? Onunla duet oxusaydım, 20 il bundan qabaq oxuyardım. Bir dəfə mənə 5 min manat pul lazım idi, ona dedim, vermədi. Amma başqası pul istəsəydi, ona verərdi. Mən sözümdə dururam. Duet oxuyanların 80 faizi bir-biriylə sevgilidir”.

Qeyd edək ki, M.Musayevanın söylədiyi “Duet oxuyanlar sevgilidir” sözlərinə Manaf Ağayev Lent.az-a müsahibəsində kəskin cavab vermişdi:

“Mənzurənin sözləri düzgün deyil. Könül Kərimova ilə duet oxumuşam. Onunla sevgiliyəm? Arzu Qarabağlı ilə də duet oxumuşam. O deməkdir ki, sevgiliyik? Hansısa müğənnidən duet təklifi alırıq, səsimiz uyğun gəlir, oxuyuruq. Bunu yozmaq düzgün deyil. Onun dediyi sözlərdə həqiqət də var. Çünki bir-biriylə sevgili olan duet oxuyanlar var. Adam da var ki, bir yerdə toya getməyiblər, amma sevgilidirlər. Ümumi danışmaq lazım deyil. Mənə az fərq edir. Qorxan oğlan deyiləm”.

Cebhe.info


Oxunma sayı: 518