hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Mer prezidentliyə namizəd olacaq

Mer prezidentliyə namizəd olacaq

Nyu-York şəhərinin meri Bill de Blazio Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürüb. 

Cebhe.info-nun məlumatına görə, B. Blazio 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək istəyini sosial şəbəkədə açıqlayıb. Feysbuk üzərindən etdiyi videomüraciətdə Bill de Blazio ölkənin daxili problemlərinə və işçilərin hüquqlarının müdafiəsinə diqqət yetirəcəyini bildirib: 

“Mən Bill de Blazio prezident seçkilərinə qatılacağam. Çünki işləyən insanların hüquqlarının qorunmasına xüsusi önəm verilməlidir”.

Onun seçkiqabağı təşviqat kampaniyasına Ayova və Cənubi Karolina ştatlarından başlayacağı gözlənilir. Partiyadaxili ilkin seçkidə (praymeriz) Blazio digər populyar nazmizəd, sabiq vitse-prezident Co Baydenlə rəqabət aparacaq. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 298