hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Mərənd briqadası da İranın şimal-qərbinə göndərildi – Sərhəddə toplanış

Mərənd briqadası da İranın şimal-qərbinə göndərildi – Sərhəddə toplanış

İran ordusunun yeni-yeni qüvvələri Azərbaycanla sərhədə cəmləşdirilir.

Strateq.az İRNA-ya istinadla xəbər verir ki, Mərənd şəhərində yerləşən nizami ordunun 321-ci səyyar briqadası sərhədlərin müdafiəsini gücləndirmək üçün ölkənin şimal-qərb bölgələrinə ezam olunub.

Bu barədə məlumatı ordunun şimal-qərb bölgəsi üzrə baza komandanı general Əli Hacilu mətbuat konfransında açıqlayıb.

Ali Hacilu bildirib: “İran İslam Respublikası xalqının təhlükəsizliyi üçün təhdid varsa, bu təhdidlə ciddi şəkildə mübarizə aparacağıq. Biz xalqın fədailəriyik. Düşmənlərimiz bilir ki, İran İslam Respublikası ordusu İslam yolunda ölməyə hazırdır”.

Cebhe.info


Oxunma sayı: 1310

Bizim Telegram səhifəmizi izləyin