hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Mərhum qarmon ifaçısı Aslan İlyasovun doğum günüdür

Mərhum qarmon ifaçısı Aslan İlyasovun doğum günüdür

Bu gün mərhum qarmon ifaçısı Aslan İlyasovun doğum günüdür.

Cebhe.info-nun məlumatına görə, mərhum ifaçı Aslan Mikayıl oğlu İlyasov 1948-ci ildə mayın 22-də Salyanda dünyaya gəlib. O, musiqiçi kimi fəaliyyətinə 15 yaşında Salyan rayon Mədəniyyət Evində başlayıb.

1980-cı ildə isə Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib.

1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub. Daha sonra isə 2005-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyətə başlayıb.
İfaçının Azərbaycan Dövlət Televiziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqisi saxlanılır.

O, 2013-cü il dekabrın 20-də uzun sürən serroz xəstəliyindən sonra dünyasını dəyişib.

Əhməd
Cebhe.info


Oxunma sayı: 881