hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Meriya ADR-in piketinə icazə verəcəkmi? - AÇIQLAMA

Meriya ADR-in piketinə icazə verəcəkmi? - AÇIQLAMA

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı lideri Qubad İbadoğlu bir neçə gün əvvəl ADR-in noyabrın 19-da saat 15-dən 16-dək Sosial Müdafiə Nazirliyinin qarşısında piket keçirəcəyini bildirmişdi.

Belə ki, piketin keçirilməsində məqsəd 2020 -ci ilin dövlət büdcəsində “uşaq pulu”nun verilməsinə, həmçinin təqaüd yaşının aşağı salınmasına nail olmaqdır.

Maraqlıdır, ADR bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edibmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Rövşən Dəmirli piket üçün 12 noyabr tarixində müraciət etdiklərini deyib:

“Biz bununla bağlı müraciət eləmişik. Bu gün mütləq cavab verilməlidir, amma hələki heç bir məlumat verilməyib. Yəqin ki, gün sonunadək  cavab verərlər, çünki bu gün son iş günüdür. Müraciəti noyabrın 12-si etmişik və müraciətə 2-3 gün ərzində cavab verilməlidir”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 991