hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0270
  • EURO - 1.9066
  • NEFT - 64.41
  • clouds-weather

Merkel titrəməmək üçün tədbir gördü: Himni oturub dinlədi

Merkel titrəməmək üçün tədbir gördü: Himni oturub dinlədi

Almaniyanın federal kansleri Angela Merkel Danimarka prezidenti Mette Fredikseni qarşılama mərasimində təkrar titrəməməsi üçün prosedur dəyişib.

Cebhe.info xəbər verir ki, kansler 4-cü dəfə titrəməsi tutmasın üçün qonaqla birgə dövlət himnini stulda oturaraq dinləyib. Görüşdən əvvəl alman mediasının stullara xüsusi maraq göstərməsi diqqətdən yayınmayıb. Merkel çıxışında “İşimin məsuliyyətinin fərqindəyəm. Sağlığıma diqqət edirəm” ifadələrini işlədib.

Xatırladaq ki, bundan əvəvl 3 dəfə rəsmi qəbul zamanı Merkel ayaq üstə titrəməsi ilə diqqəti çəkib və xəstə olması barədə müzakirələrə səbəb olub.

Əli Bədirli

Cebhe.info


Oxunma sayı: 463