hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Mərkəzi Bank 100 milyonluq hərrac keçirib

Mərkəzi Bank 100 milyonluq hərrac keçirib

Sentyabrın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101283S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Cebhe.info xəbər verir ki, bu haqda BFB məlumat verib. BFB-dən bildirilib ki, hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26 faiz) olan 28 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 643 milyon 615 min 300 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti isə 99.5158 AZN (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar bu il oktyabrın 10-da ödəniləcək.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 848