hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Mərkəzi Bankda 9 ayda 76 valyuta hərracı keçirilib

Mərkəzi Bankda 9 ayda 76 valyuta hərracı keçirilib

Yanvar-sentyabr aylarında Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların təşkili davam etdirilib.

Cebhe.info xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Məlumata görə, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib.

Cari ilin 9 ayında Mərkəzi Bankda ümumilikdə 76 valyuta hərracı keçirilib. Birinci rübdə valyuta bazarında tələb artsa da, aprel ayından başlayaraq tələbin azalması və stabilləşməsi müşahidə olunub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 793

Bizim Telegram səhifəmizi izləyin