hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Mərkəzi Bankdan 150 milyonluq hərrac - 22 iyulda

Mərkəzi Bankdan 150 milyonluq hərrac - 22 iyulda

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti repo hərracını 22 iyul tarixində keçirəcək.

Mərkəzi Bankdan Cebhe.info-ya verilən məlumata görə, hərrac vasitəsilə 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulur.

Müddət 14 gün, faiz dərəcəsi 6,51% - 8,49% aralığında müəyyən olunub.

Qeyd edək ki, hərrac blumberq sistemi üzrə keçiriləcək.

Xatırladaq ki, 15.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti repo hərracında tələb 724,8 milyon manat, hərracın nəticəsində bağlanılmış repo əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi.

Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi. Hərracda tələb təklifi 7 dəfədən çox üstələmişd.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1068