t Mərkəzi Seçki Komissiyasının tərkibi DƏYİŞDİRİLƏCƏK
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Mərkəzi Seçki Komissiyasının tərkibi DƏYİŞDİRİLƏCƏK

Mərkəzi Seçki Komissiyasının tərkibi DƏYİŞDİRİLƏCƏK

Növbədənkənar parlament seçkiləri başa çatdıqdan və yeni Milli Məclis formalaşdırıldıqdan sonra, parlamentin ilk sessiyadan etibarən Mərkəi Seçki Komissiyasının üzvlərinin səlahiyyət müddəti başa çatmış hesab edilir.

Bunu  Demokratik Təşəbbüslər İnstututunun (İDİ) rəhbəri, seçki məsələləri üzrə ekspet Akif Qurbanov bildirib.

O, qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə görə parlamentdəki çoxluğun, bitərəflərin və azlığın namizədləri irəli sürülməli və Milli Məclisin iclasında onlar qəbul olunmalıdır.

“MSK-nın  tərkibinin müəyyənləşdirilməsinin vaxtı  ilə bağlı qərar hakimiyyətdən aslıdır. Yəni konkret olaraq əvvəlcədən vaxt müəyyənləşdirilmir. Bu proses ilk iclasda da ola bilər, növbəti iclaslarda da.

Sadəcə olaraq əvvəldən deyilir ki, MSK üzvlərinin səlahiyyət müddəti 5 ildir və hər dəfə parlament seçkiləri keçiriləndə yeni tərkib formalaşdırılmalıdır.

Tərkibin müəyyənləşdirilməsi bu il də ənənəvi qaydada baş tutacaq, sürpriz bir dəyişikliyin olması gözlənilən deyil”.

Qeyd edək ki, 2015-ci il parlament seçkilərindən sonra formalaşdırılan MSK-nın tərkibi aşağıdakı kimidir: 

Məzahir Pənahov – sədr (Yeni Azərbaycan Partiyası)

Rövzət Qasımov – sədrin müavini (bitərəf) 

Arifə Muxtarova - katib (bitərəf)

Mikayıl Rəhimov - katib (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası)

Fuad Cavadov - üzv (Yeni Azərbaycan Partiyası)

Şaitdin Əliyev - üzv (Yeni Azərbaycan Partiyası)

Ramiz İbrahimov - üzv (Yeni Azərbaycan Partiyası)

Validə Kazımova - üzv (Yeni Azərbaycan Partiyası)

Hüseyn Paşayev - üzv (Yeni Azərbaycan Partiyası)

İlham Məmmədov - üzv (bitərəf)

Nizami Nadirxanlı - üzv (bitərəf)

Qabil Orucov - üzv (bitərəf)

Bəxşeyiş Əsgərov - üzv - (Böyük Quruluş Partiyası)

Tofiq Həsənov - üzv (bitərəf)

Almas Qəhrəmanlı - üzv (Vətəndaş Həmrəyliyi Partiyası)

Etibar Quliyev - üzv (Ana Vətən Partiyası)

İlkin Şahbazov - üzv (Sosial Rifah Partiyası)

Cebhe.info


Oxunma sayı: 1530