hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Məsciddə terror törədən qatilin cəzası yüngülləşdirildi

Məsciddə terror törədən qatilin cəzası yüngülləşdirildi

Kanada məhkəməsi məsciddə terror törədərək axşam namazı zamanı 6 nəfəri qətlə yetirib, 6 nəfəri yaralayan Aleksandr Bissonnettenin cəzasını yüngülləşdirib.

Cebhe.info xəbər verir ki, 40 il cəza almış Bissonnettenin iddiasını dinləyən Quebec Apellyasiya Məhkəməsi qatil barəsində çıxarılan hökmün konstitusiyaya zidd olduğunu açıqlayıb.

Apellyasiya Məhkəməsinin adları açıqlanmayan 3 hakimdən ibarət kollegiyası, əvvəlki qərarın insan hüquq və azadlıqların müddəasını pozduğunu və qərar verilərkən səhv edildiyinə qərar verib.

Qeyd edək ki, Aleksandr Bissonnette 2017-ci ildə avtomat silahla Kanadanın Quebec şəhərindəki Quebec şəhər məscidinə girərək müsəlmanları qətlə yetirib.

"Ən qanlı ibadət yeri qətliamı" adı alan hadisəyə görə, cinayətkar 40 il müddətində azadlığa çıxmaqla bağlı müraciət hüququndan məhrum edilərək, ömürlük həbs cəzasına məhkum edilib.

Yeni qərarda isə bu müddət 25 ilə kimi azaldılıb.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1156

Bizim Telegram səhifəmizi izləyin