hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Məscidlər, "mall"lar, idman zalları: Baş nazir qərarı imzaladı

Məscidlər, "mall"lar, idman zalları: Baş nazir qərarı imzaladı

Sabahdan etibarən iri ticarət mərkəzləri, "mall"lar açılır.

Cebhe.info xəbər verir ki, bununla bağlı mayın 26-da Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilir.

Qeyd edək ki, Nazirlər Kabineti "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərar verib.

Xatırladaq ki, "Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Bundan əlavə, sabahdan etibarən idman zalları açılır.

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilir.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

Cebhe.info


Oxunma sayı: 2861