hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Məscidül-Əqsada ibadət qadağan edildi

Məscidül-Əqsada ibadət qadağan edildi

Qüds şəhərində yerləşən Məscidül-Əqsa (Əl-Əqsa) müvəqqəti olaraq ibadət üçün bağlı elan edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məscidin koronavirusa yoluxanların sayında sürətlə artım müşahidə olunduğu üçün fəaliyyətini dayandırdığı bildirilir. Məlumata əsasən, Əl-Əqsa 3 həftə ərzində işləməyəcək.

Qeyd edək ki, Məscidül-Əqsa islam dinində olanlar üçün müqəddəs yerlərdən biridir. Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. İnşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur.

Qeyri-müsəlmanların Əl-Əqsa məscidinə daxil olması qadağandır.

Cebhe.info


Oxunma sayı: 1552