hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Məsələyə son qoyuldu: Jurnalistlərə “kupça”nın harada, nə vaxt veriləcəyi açıqlandı - RƏSMİ

Məsələyə son qoyuldu: Jurnalistlərə “kupça”nın harada, nə vaxt veriləcəyi açıqlandı - RƏSMİ

Jurnalistlərin ikinci binasına yaxın günlərdə çıxarışlar veriləcək.

Bu haqda Cebhe.info-ya Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov məlumat verib.

“Ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcəkdir”, - deyə Q.Xəlilov bildirib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 2388