hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Məşhur aktrisanın anım günüdür

Məşhur aktrisanın anım günüdür

Bu gün sevilən sənətkar Ofeliya Aslanın vəfat etdiyi gündür.

Cebhe.info xəbər verir ki, Ofeliya xanım 1939-cu ildə Bakıda dünyaya gəlmişdi. Məşhur aktyor Səyavuş Aslanla ailə qurandan sonra, əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə təqdim olunurdu. Aktyorluğa 1956-cı ildə Abbasqulu Ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrında başlamışdı.

1958-1961-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmişdi.1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı xorunda oxuyub.

1965-1968-ci illərdə isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası olub.

1977-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb.

Heç bir fəxri ad, mükafatla təltif olunmasa da, xalq arasında istedadı ilə şöhrət qazanmışdı...

Ofeliya Aslan 18 may 2010-cu ildə 2-illik xəstəlikdən sonra 71 yaşında ürək tutmasından dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn olunub.

Əhməd
Cebhe.info


Oxunma sayı: 826