hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Məşhur filmdən Tramp səhnəsinin çıxarılması tələb edildi

Məşhur filmdən Tramp səhnəsinin çıxarılması tələb edildi

Donald Trampın əleyhdarları onu Ağ Evdən kənarlaşdırmaqla yanaşı, dünyaca məşhur film olan "Evdə tək 2"-dən də çıxartmaq qərarına gəliblər.

Cebhe.info xəbər verir ki, 1992-ci ildə çəkilən filmdə kiçik bir səhnədə görünən Tramp baş rolda olan "Kevin McAllister" (Makaley Kalkin) ilə qarşılaşır və istiqamət verir.

İllər sonra filmin rejissoru Culio Makat, Trampın həmin filmdə yer almasını açıqlayıb:

"Otelin foyesində çəkiliş apardıq və o (Tramp) orada idi. Daha sonra Tramp filmdə çəkilməsini istədi". Rejissor onu səhnəyə aldığını ifadə edib. Çünki Trampın otelində çəkilişləri apardıqlarını və lazımi qədər pul ödədiklərini də etiraf edib.

İndi filmin pərəstişkarları Trampın səhnəsini çıxartmaq üçün kampaniya başladıblar.

Qeyd edək ki, filmin baş aktyoru olan 40 yaşlı Makaley Kalkin də film pərəstişkarlarının planını dəstəkləyib.

Cebhe.info


Oxunma sayı: 859

Bizim Telegram səhifəmizi izləyin