hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

Məşhur ilahiyatçının başı erməni uşağına görə bəlaya düşdü

Məşhur ilahiyatçının başı erməni uşağına görə bəlaya düşdü

Türkiyənin məşhur ilahiyyatçısı Nihat Hatipoğlu "ATV" kanalında aparıcısı olduğu iftar verilişində erməni uşağının müsəlmanlığı qəbul etməsinə yardımçı omuşdu. 

Bundan sonra uşağın ailəsi hərəkətə keçib. Ailə və İnsan Haqları Dərnəyi Hatipoğlu barəsində məhkəməyə müraciət edəcəklərini açıqlayıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişdə Nihat Hatipoğlu uşağın valideynlərindən icazə aldığını demişdi. Ancaq Arturun valideyni ilahiyyatçının yalan danışdığını, onlardan icazə alınmadığını deyib.

Qeyd edək ki, hər Ramazan ayında yayımlanan, Hatipoğlunun aparıcısı olduğu iftar verilişin reytinqi rekord qırmağa davam edir. Ötən gün Artur adında erməni bir uşağı "Kəlime-i şəhadət" öyrədərək müsəlmanlığı qəbul etməsinə səbəb olmuşdu.  

Cebhe.info


Oxunma sayı: 397