hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Məşhur jurnalist reportaj hazırladığı yerdə YOXA ÇIXDI

Məşhur jurnalist reportaj hazırladığı yerdə YOXA ÇIXDI

Tanınmış amerikalı jurnalist Deyvi Conson reportaj hazırladığı yerdə xəbərsiz yoxa çıxıb.

Cebhe.info xəbər verir ki, avtomobil jurnalisti kimi tanınan Conson “Motorcyclist " jurnalı üçün reportaj hazırlayırmış. O, öz nəqliyyat vasitəsilə Şimali Koliforniyaya getməli idi. Ancaq ondan bir həftə ərzində xəbər almaq mümkün olmayıb.

Daha sonra onun mindiyi nəqəliyyat vasitəsi Moklamh Hill şəhərinin 49 km-də sahibsiz vəziyyətdə tapılıb. Orada həmçinin iki əlcək də olub.

Polis araşdırma zamanı yaxınlıqda Consonun bəzi paltarlarını, telefonunu, kompüterini, qeyd kitabçasını tapıb. O, sevgilisi Jaklinə mesaj yazıb, ona fotolar göndərib və evə qayıtdığını yazıb. Ancaq Jaklin onun 2 gündə evə qayıtmadığını gördükdən sonra polisə müraciət edib.

Ehtimallara görə, jurnalist çimməyə gedib və güclü axıntı onu aparıb. Ancaq cəsəd də hələ tapılmayıb.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1024