hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Məşhur “oğru” saxlanıldı: Deputat və ailə üzvlərinin DƏHƏŞTLİ QƏTLİ - FOTO

Məşhur “oğru” saxlanıldı: Deputat və ailə üzvlərinin DƏHƏŞTLİ QƏTLİ - FOTO

Rusiya Federal Təhlükəsizlik Xidməti 54 yaşlı “qanuni oğru" Oleq Şişkanovu saxlayıb.

O, kriminal aləmdə “Şişkan” ləqəbi ilə tanınır.

Cebhe.info Rusiya mətbuatına istinadən xəbər verir ki, "oğru" 15 iyulda Moskva yaxınlığındakı Popovka kəndində öz evində saxlanılıb. Sonuncu dəfə Şişkan 23 il əvvəl saxlanılmışdi və o, cəmi bir dəfə həbs həyatı yaşayıb. Bu isə 1980-ci ildə törədilən cinayətlə bağlıdır. Şişkan "oğru" statusunu 1992-ci ildə alıb.

Hüquq-mühafizə orqanları Şişkanı Ramenski əyalətinin deputatı Tatyana Sidorova və ailə üzvlərinin qətlində ittiham edir. 21 fevral 2012-ci ildə deputat iclasa gəlməyib və onun arxasında sürücü göndərilib. Sürücüyə qapını heç kəs açmayıb. Həyətdə qan izlərini görən sürücü polis çağırıb.

Qapını açan polis içəridə cinayətin baş verdiyini müəyyən edib. Ancaq deputat, onun həyat yoldaşı, təqaüdçü bacısı, 28 yaşlı kiçik oğlunun cəsədi tapılmayıb.

Təxminlərə görə, hadisə deputatın maliyyə əməliyyatları ilə bağlı olub. Zavod direktoru olan deputatın külli miqdarda borcu olub. Araşdırmalar onun Şişkanla birlikdə biznes fəaliyyəti ilə məşğul olduğunu göstərib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 4973