hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Məşhur otelin otağına çarpayı əvəzinə görün nə qoyuldu

Məşhur otelin otağına çarpayı əvəzinə görün nə qoyuldu

İstirahət üçün Qubaya gedən vətəndaş Fuad Məmmədov "Retro" oteldə xoşagəlməz mənzərə ilə qarşılaşıb.

Cebhe.info  xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat paylaşaraq bildirib ki, onun üçün ayrılmış otaqda çarpayı əvəzinə, matrasdan düzəldilmiş "yataq" var:

"Otellə əlaqə saxlayıb otağı bron elədim. Gedib ödənişi etdikdən sonra, əşyaları qoyub oteldən çıxdım. Heç nəyə də fikir vermədim. Çünki burda bir neçə dəfə olmuşdum. Qayıdanda gördüm ki, çarpayı əvəzinə matras qoyublar.

Ya otağı dəyişdirmələrini, ya da pulumu qaytarmalarını tələb etsəm də, otel təmsilçiləri ödənişdən 1 saat keçdiyi üçün pulu sistemə vurduqlarını və qaytara bilməyəcəklərini bildirdilər. Başqa boş otaq da yox idi".

Cebhe.info


Oxunma sayı: 617