hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Məşhur qadın jurnalının üz qabığına kişi çəkildi - 35 il sonra ilk + FOTO

Məşhur qadın jurnalının üz qabığına kişi çəkildi - 35 il sonra ilk + FOTO

Britaniyanın “Cosmopolitan” qadın jurnalının üz qabığının siması 35 il sonra ilk dəfə kişi olub.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə jurnalın üz qabığına amerikalı saç ustası və teleaparıcı Conatan Van Ness çəkilib. Kristina Sirianonun hazırladığı açıq-narıncı libas geyinən Conatan geyimini uzun corablar və idman ayaqqabıları ilə tammalayıb.

Sosial şəbəkə izləyicilərinin bəziləri jurnalın bu addımını dəstəkləsələr də, digər qismi bəyənməyib.

Jurnalın baş redaktoru Kler Hocson “Bəli, biz bunu etdik. Conatan Van Ness yanvar sayımızın ulduzudur”, - deyə açıqlama verib. Onun sözlərinə görə, jurnalın üz qabığına ona görə Conatan seçilib ki, o, jurnalın müxtəlif təbəqədən olan auditoriyasını təmsil edir, özünü olduğu kimi qəbul edir və bu fəlsəfənin təbliğatını aparır.

Qeyd edək ki, Conatan Van Ness əvvəlcə özünü homoseksual kimi təqdim etsə də, daha sonra özünü biseksual adlandırıb.

Sonuncu dəfə “Cosmopolitan”ın üz qabığına 1984-cü ildə ukraynalı müğənni Boy Corc çəkilib.

Cebhe.info


Oxunma sayı: 672