hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Məşhur şirkət satış mağazalarını bağlayır

Məşhur şirkət satış mağazalarını bağlayır

“Windows” öz satış mərkəzlərini bağlayır. Koronavirus epidemiyası dövründə mağazalarını müvəqqəti bağlamaq qərarına gələn “Microsoft”, bu mağazalara dair son qərarını açıqlayıb.

Cebhe.info xəbər verir ki, “The Verge”də yer alan məlumata görə, “Microsoft” əksər satış mərkəzlərini birdəfəlik bağlamaq qərarına gəli. Mövzuyla əlaqədar “Microsoft”un açıqlamasında, rəqəmsal olmayan mağazalarını bağlayacağı və oradakı işçiləri onlayn formada və ya “Microsoft”-un korporativ obyektlərinə istiqamətləndirəcəyi vurğulanıb.

Şirkətin baş ofisi olan Redmonddan, London, Nyu-York, Sidney və Siettldakı 4 mağazanın işləyəcəyi bildirilib. Şirkət “Xbox”, “Windows” və digər aparat məhsulları satışlarının artıq onlayn şəkildə həyata keçirəcəyini bildirib.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 771