hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Məşhurların bayram təbrikləri - BİZİM TƏQDİMAT

Məşhurların bayram təbrikləri - BİZİM TƏQDİMAT

Bu gün Azərbaycanda İslam aləminim ən müqəddəs bayramlarından biri olan Qurban bayramı qeyd olunur.

Qeyd edək ki, pandemiya şəraiti ilə əlaqədar olaraq bu il bayram əvvəlki illərlə müqayisədə fərqli qeyd olunub. Bayram namazları qılınmayıb, kütləvi qurban kəsmə mərasimləri ləğv olunub və s.

Hazırda Qurban bayramı münasibətilə ölkədə istirahət günləri olsa da, sosial şəbəkələrdə “dincələn” yoxdur. İnsanlar Qurban bayramının tarixi, qurban kəsimi, bayramın ritualları barədə öz fikilərini paylaşır, bütün müsəlmanları təbrik edirlər.

Cəmiyyətin məşhur simaları da Qurban bayramı təbriklərinə qoşulublar. Məşhur müğənnilər, aktrisalar hərəsi özünəməxsus şəkildə - kimisə şəkillərlə, kimisi ifalarla, kimisi də videolarla xalqın Qurban bayramını təbrik ediblər.

Cebhe.info məşhurların Qurban bayramı təbriklərini təqdim edir:

Azərbaycanın Xalq artisti Röya Ayxan şəxsi sosial şəbəkə hesabına yüklədiyi video vasitəsi ilə xalqın Qurban bayramını təbrik edib:

"Neçə vaxtdır sizdən ayrı düşmüşük. Bir-birimizi hiss etmirik, görmürük, amma müvəqqəti çətinlikdir. Bütün dünyada yaşanan problemdir. Deyəsən mövzudan qırağa çıxdım bir az. Bayramınız mübarək!"

Məşhur müğənni Sami Yusuf Qurban bayramı münasibətilə "İlahana" adlı ifasını paylaşaraq müsəlman xalqlarının Qurban bayramını təbrik edib.

Türkiyəli məşhur aktrisa Bərən Saat da şəxsi "İnstagram" hesabından müsəlman xalqının Qurban bayramını təbrik edib:

"Aylarla gözlədikdən sonra görüşdüyümüz, əl-ələ tuta bildiyimiz hər gün bayramdır. Bizi böyüdənlərə, sevməyi və güclü olmağı öyrədənlərə təşəkkürlər... Bayramınız mübarək!"

Hind rəqslərinin mahir ifaçısı, aktirsa Oksana Rəsulova müsəlmanları Qurban bayramı münasibəti ilə şəxsi "İnstagram" hesabından təbrik edib.

Məşhur müğənni Samir Piriyev də şəxsi sosial şəbəkə hesabından Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Hazırda Türkiyədə olan gənc müğənni Ayan Babakişiyeva da Qurban bayramı münasibətilə olan təbriklərə qoşularaq bütün müsəlmanların bayramını təbrik edib.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 1101