hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Messi Argentina yığmasındakı hədəflərini müəyyənləşdirdi

Messi Argentina yığmasındakı hədəflərini müəyyənləşdirdi

İspaniya "Barselona"sının futbolçusu Lionel Messi Argentina yığmasında çıxışlarını davam etdirmək niyyətindədir.

"Report"un "goal.com"a istinadən məlumatına görə, 33 yaşlı hücumçu milli komandanın böyük yarışlarda qələbəsizlik seriyasına son verə biləcəyinə əmindir. O, 2021-ci il Amerika Kubokunun qalibi olmağı hədəflədiklərini bildirib. Messi habelə, Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatında oynamaq istədiyini dilə gətirib.

Qeyd edək ki, Argentina millisi sonuncu dəfə dünya çempionatında 1986-cı, Amerika Kubokunda isə 1993-cü ildə qızıl medal qazanıb. Son illər isə bu komanda ardıcıl 3 finaldan (DÇ-2014, Amerika Kuboku-2015 və 2016) məğlub ayrılıb.

Cebhe.info


Oxunma sayı: 760