hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

Messiyə orden verildi

Messiyə orden verildi

Bir müddət öncə “Barselona”nın futbolçusu Lionel Messinin “La Creu de Sant Jordi” (“Müqəddəs Xordi Xaçı”) ordeninə layiq görülmüşdü.  Argentinalı hücumçunun mükafatlandırılma mərasimi keçirilib.

Cebhe.info "Barselona”nın rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya hökuməti tərəfindən verilən orden Messiyə təqdim edilib. 

“Müqəddəs Xordi Xaçı” mükafatı 1981-ci ildən etibarən, hər il verilən ordendir. Mükafat mədəni və sosial həyatda Kataloniya adının yüksəldilməsində xidmət göstərmiş şəxslərə verilir.

Messi mərasimdə “Siyasi məhbuslara azadlıq” şüarları səsləndirilən zaman digər iştirakçılardan fərqli olaraq, sakit dayanıb.

Cebhe.info


Oxunma sayı: 331